"Sabah”dan ayrıldı, paytaxt klubu ilə müqavilə bağladı

15 Fevral 2023 01:00 Sabah 728
"Sabah”dan ayrıldı, paytaxt klubu ilə müqavilə bağladı

Qış transfer pəncərəsində “Sabah”dan ayrılan Aleksandr Neçayev karyerasını ölkəsi Belarusda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı qapıçı “Minsk” ilə müqavilə imzalayıb.

Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Belarusun gənclər millisinin sabiq üzvü ilə 1 illik sözləşmə imzalandığını açıqlayıb.

“Sabah”a 2022-ci ilin yanvarında “Rux”dan keçən Aleksandr Neçayev cari mövsümün ilk yarısında heç bir oyunda iştirak etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü