"Sabah” tarixində ilk dəfə!

14 Fevral 2023 09:00 Sabah 579
"Sabah” tarixində ilk dəfə!

"Sabah" Premyer Liqanın 2022/23 mövsümündə 50-ci qolunu vurub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, yubiley topu XXII turun “Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bu qolun müəllifi Bəxtiyar Həsənalızadə olub.

“Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb.

Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub.

“Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.

“Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti