"Qarabağ"la oyunda sıradan çıxan bombardirdən XƏBƏR VAR

13 Fevral 2023 22:20 Sabah 887
"Qarabağ"la oyunda sıradan çıxan bombardirdən XƏBƏR VAR

Azərbaycan Premyer Liqasının 22-ci turunun "Qarabağ"la səfər matçı "Sabah"ın hücumçusu Coy Lens Mikels üçün xoşagəlməz halla yadda qaldı.

Belə ki, forvard bərabərliklə başa çatan (1:1) qarşılaşmanın 32-ci dəqiqəsində ağrılar içində meydanı tərk edib, yerini Kristian Sebalyosa verməli oldu.

Almaniyalı legioner bu gün MRT müayinəsindən keçməli idi. Amma özünü yaxşı hissə futbolçu bu gərək duymayıb. O, artıq sabahdan komanda ilə məşqlərə qoşulacaq.

Mikels bu mövsüm "Sabah" üçün önəmli fiqurdur.

28 yaşlı hücumçu mövsümün arxada qalan hissəsində komandasının vurduğu 50 qoldan 20-də birbaşa iştirak edib.

12 qolun müəllifi olub, 8 halda da yoldaşlarına qol ötürməsi edib.

Masazır təmsilçisinin bombardiri həm də Premyer Liqanın sərrast hücumçuları arasında yer alır. O, bombardirlər cədvəlində Musa Qurbanlı və Ramil Şeydayevdən sonra üçüncü ən məhsuldar futbolçudur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti