Bu komandaya pislik etdi, "günahını yudu"

13 Fevral 2023 14:00 Sabah 850
Bu komandaya pislik etdi, "günahını yudu"

Elçin Məsiyev özünü «Qarabağ»ın əleyhdarı kimi tanıdıb.

Bu rfeerinin adı gələndə, adətən, 2021-ci ilin mayı yada düşür.

Məsiyev həmin vaxt FİFA referisi deyildi, amma AFFA-nın ovaxtkı komitə sədri Fritz Stuxlik sevimli hakimin Premyer Liqanın final oyununa göndərmişdi və «Neftçi» burada «Qarabağ»a son dəqiqə qolyula qalib gəlmişdi.

Elçin bu oyunda «Qarabağ»ın iki penaltisini görməzdən gəlməklə yadda qalmışdı. Həmin tarixdən bəri «Qarabağ» azarkeşi Elçinin adını harada görür, harada eşidir, təhqirlər yağdırır.

Daha belə olmaz yəqin. «Sabah»la qarşılaşma «Qarabağ» fanatının Elçin barədə rəyini dəyişdirməyə kifayət edər.

O, çempionluq uğrunda mübarizə aparan iki komandanın duelində çox ciddi səhvə yol verdi.

Nə VAR, nə MAR, əşşi, boş verin! Julio Romao qapıya endirilən zərbənin istiqamətini dəyişmişdi və bu, təmiz penalti idi.

Elçin VAR kamerasının önündə bir neçə dəqiqə itirdi, amma çox nahaq yerə. Epizod onun yaxınlığında baş vermişdi və ola bilməzdi ki, braziliyalı legionerin hərəkətini görməsin.

Görmüşdü, lap yaxşı görmüşdü. Ötən illərdən qalan incikliyi aradan qaldırmaq üçün bu epizodu fürsət bildi, «Qarabağ»ı bağışladı.

Oyunun ədalətli nəticəsi heç-heçə idi və futbol ilahəsi onu «Sabah»a bəxş etdi, qapı tirindən dönən iki topun, verilməyən penaltinin əvəzini bu cür çıxdı.

Futbol ilahəsinin bunu Bəxtiyar Hüseynzadəni gerçəkləşdirməsi də çox maraqlıdır. Həmişə səhvlərinə görə tənqid etdiyimiz müdafiəçi karyerasının bəlkə də ən qiymətli qolunu vurdu.

Nadir hallarda ayaq və başla topa doğru-dürüst zərbə endirən Bəxtiyar bu dəfə çiynini «işə saldı», maraqlı qol alındı.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti