Sabah Azərbaycan Premyer Liqasında mövsümün maraqla gözlənilən matçı var.
Söhbət Suraxanıda keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşmasından gedir.
Liderdən cəmi 5 xal geri qalan qonaqlar qələbə təqdirində əsas rəqibinə bir xeyli yaxınlaşmış olacaq.
Görüşün əhəmiyyətini yaxşı anlayan futbolçular da bütünlüklə ağdamlılarla oyuna kökləniblər.
Sonuncu turun "Səbail" üzərində darmadağınla qazanılan qələbəsindən sonra (4:0) futbolçuların mətbuata danışmaqda maraqlı olmamalarının arxasında da bu səbəb durur.
Klubdan hər hansı qadağa olmasa da, oyunçular özü vacib oyun öncəsi danışmağa maraq göstərməyiblər.
Yalnız 1-2 futbolçu “Səbail”lə oyun barəsində qısaca danışmaqla kifayətləniblər.
Görünür, enerjisini danışmağa yox, meydanda mübarizəyə saxlayan "Sabah"lı futbolçulara qarşı "Köhlən atlar" yaxşı nəticə üçün çox tər axıtmalı olacaq.
Buna fırtına öncəsi sakitlik də demək olar.
“Azərsun Arena”da keçirləcək “Qarabağ” – “Sabah” oyunu 17:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

