Premyer Liqa klubu AFFA-ya şikayət məktubu göndərdi

10 Fevral 2023 16:00 Sabah 1 018
Premyer Liqa klubu AFFA-ya şikayət məktubu göndərdi

«Sabah» AFFA-ya şikayət məktubu göndərib.

Burada Premyer Liqanın 21-ci turu çərçivəsində «Səbail»lə keçirilmiş matçın (4:0) idarəçiliyindən narazılıq ifadə olunub.

Masazır təmsilçisi qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun 68-ci dəqiqədə verdiyi qərardan razı deyil.

Belə ki, referi ev sahiblərinin müdafiəçisi Con İrabasal rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək bəhanəsiylə meydandan kənarlaşdırıb.

“Sabah” AFFA-dan bu kimi hallara diqqətli yanaşmasını, növbəti turlarda belə hakim səhvlərinin təkrarlanmasına yol verilməməsini istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü