"Qarabağ"la oyun üçün Musayevi qayğılandıran MƏSƏLƏ - Nədir o?

8 Fevral 2023 19:00 Sabah 1 507
"Qarabağ"la oyun üçün Musayevi qayğılandıran MƏSƏLƏ - Nədir o?

“Sabah” Premyer Liqada iddialı çıxışını davam etdirir.

Komanda qış fasiləsindən sonra rəqib tanımır.

“Neftçi”, “Qəbələ” və “Səbail”lə oyunlarda paytaxt klubu inamlı qələbələrlə yadda qalmağı bacarıb.

Hə, “Səbail”lə oyunda asan qələbə gözlənilən idi.

Amma “Neftçi” və “Qəbələ” ilə oyunlarda Murad Musayevin yetirmələrinin xal itirəcəyi ehtimalı yüksək idi.

Proqnozların əksinə olaraq, “Sabah” qələbələri sıralamağa davam edir. Hücum xətti arxada qalan 3 matçda 10 qol vurmaqla işini artıqlaması ilə görüb.

Amma uğurlu qrafikdə müdafiə xəttinin xidmətləri də unudulmamalıdır. Vurulan 10 qolun qarşılığında rəqiblərə 1 qol fürsəti belə verilməyib.

Qarşıdan isə lider “Qarabağ”la ağır oyun gəlir.

Nə qədər qəribə səslənsə də ağdamlılarla görüşdən öncə rusiyalı mütəxəssisə daha çox qayğılandıran məhz arxa zonadır.

Belə ki, xüsusi ilə mərkəz müdafiəçisi ilə bağlı ciddi problem var.

Arxa xəttin liderlərindən olan Abdulaye Ba Türkiyə toplanışında aldığı zədəni yeni bərpa edib. O, bu səbəbdən mövsümün ikinci yarısı 1 dəqiqə belə oynamaq şansı qazanmayıb.

Bunun fonunda Musayev Bəxtiyar Həsənalizadə və Con İrasabal cütlüyünə güvənirdi. Son oyunda Con qırmızı vərəqə almaqla “Köhlən atlar”la oyun öncəsi cəzalı duruma düşmüş oldu.

Uzun müddətli zədədən yeni dönən Zurab Ociqava bir müddət olar kollektiv məşqlərdə iştirak edir. Ancaq yaydan bu yana 1 dəqiqə belə oyun təcrübəsi olmayan ukraynalını birdən-birə belə oyunda meydana buraxmaq risklidir.

Böyük ehtimal ki, Bəxtiyar Həsənalizadə ilə birgə Ba “Azərsun Arena”da meydana çıxacaq. Vay ondan ki, bunlardan biri oyun ərəfəsində və ya oyunda xəsarət ala.

Əcnəbi baş məşqçi o anda bu gününə şükür etməli olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti