Gedər, oraları da zibilləyər

7 Fevral 2023 16:00 Sabah 642
Gedər, oraları da zibilləyər

Builki mövsüm tək aktyorun tamaşası olmayacaq.

Hər halda «Sabah» çvempionluq yürüşündə «Qarabağ»ı tək buraxmır, arxasından gəlir.

«Qarabağ»ın Gəncədə 1:1 etməsi ilə bu çəkişmə bir qədər də qızışdı və «Sabah» fürsəti qaçırmadı, aradakı xal fərqini 5-ə endirdi.

«Səbail»ə vurduqları 4 qol Murad Musayevi məmnun etdi, amma fikirləşirəm ki, ürəyinə yağ kimi yağılmadı.

Con İrasabalın zədələnməsi rusiyalının əhvalını qarışdırdı, məncə. İspaniyalı mərkəz müdafiəçisi heç nədən, adi oyun epizoduna görə meydandan atıldı.

O yerdə hansısa İnqilab Məmmədov yox, sıradan bir avropalı hakim olsaydı, Cona sarı vərəqə də göstərmədi. Gəl ki. bu İnqilab nəsə olubmuş kimi, VAR kamerasına tərəf cumdu, tez-tələsik əlini cibinə atdı.

Belə ucuz kartlar göstərən referiyə mən azyaşlıların oyunlarına da təyinat vermərəm. Gedər, oraları da zibilləyər.

İki Aleksey «Sabah»a çoxluq eləmir. Bir-birini qəşəng başa düşürlər. İsayevlə Kaşukun tandemi əla təşkil olunub və bu, Murad Musayevin məşqçi keyfiyyətinin göstəricisi sayılmalıdır.

Bu çapda yarımmüdafiəçilərə sahib istənilən komanda 1:0 öndədir və çoxlu qol vurmağa «hamilə»dir.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu