İspaniyalı "Qarabağ"a qarşı oynamayacaq

7 Fevral 2023 02:40 Sabah 334
İspaniyalı "Qarabağ"a qarşı oynamayacaq

"Sabah"ın legioneri Con İrasabal Misli Premyer Liqasının 22-ci turunda "Qarabağ"la oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna onun ölkə çempionatının 21-ci turunda hazırda davam edən "Səbail"lə matçda qırmızı vərəqə alması səbəb olub.

Görüşün baş hakimi İnqilab Məmmədov ispan müdafiəçinin 66-cı dəqiqədə rəqibin hücumçusu Qoba Zakpaya qarşı kobudluğunu sarı vərəqə kimi dəyərləndirib.

Ancaq referi VAR-a baxdıqdan sonra qərarını dəyişərək oyunçuya birbaşa qırmızı vərəqə göstərib. Bu isə o deməkdir ki, o, 22-ci turun mərkəzi görüşü olan "Qarabağ"la qarşılaşmada oynamaycaq.

Fevralın 11-i keçiriləcək "Qarabağ" - "Sabah" oyunu saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti