Rusiya klubunun qapıçısı ilə Premyer Liqamızın hansı təmsilçisi maraqlanır?

3 Fevral 2023 02:10 Sabah 1 538
Rusiya klubunun qapıçısı ilə Premyer Liqamızın hansı təmsilçisi maraqlanır?

"Sabah" "Ximki"nin qolkiperi ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Masazır təmsilçisi Rusiya Premyer Liqasında yarışan klubun qapıçısı Vitali Qudiyevi yaxından izləyir.

"Ximki" ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq qapıçının Azərbaycana gəlib-gəlməyəcəyi yayda dəqiqləşəcək.

27 yaşlı qolkiperin xidmətində maraqlı olan yeganə Azərbaycan klubu "Sabah" deyil.

"Alaniya" yetirməsi olan Vitali “Ximki”yə gələnə qədər “Axmat”ın qapısını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü