Yaxşı Musayevlə pis Musayev

2 Fevral 2023 15:00 Sabah 610
Yaxşı Musayevlə pis Musayev

«Sabah» klub tarixinin ilk medalını, özü də gümüşünü Qəbələdə özü üçün təmin etdi.

Mövsümü ən pis halda bu yerdə başa vuracaqlar.

Böyükhesablı qələbə qazandılar. Hesab aldatmasın, qələbəyə aparan səfər yolu «Sabah» üçün hamar olmadı.

İlk hissəni yumşaq keçirdilər. Lap əvvəldə bir qədər narahat təsir bağışladılar, «Qəbələ»nin sürətli hücumları qarşısında özlərini itirdilər.

Abdullaye Banın yoxluğu itkidir və Murad Musayev, yəqin ki, seneqallı müdafiəçini tezliklə əsas heyətə qaytaracaq.

Əks tərəfin arxa xəttinə məsuliyyət daşıyan Murad Musayevi isə Elmar Baxşıyev kənara almalıdır. «Sabah»ın rusiyalı baş məşqçisinin azərbaycanlı həmadaş və həmsoyadı bu oyunu çox zəif keçirdi.

Qonaq Musayev ev sahibi Musayevin «Qəbələ»nin «ən zəif bənd»i olmasını tez müəyyənləşdirdi. Ürfanı da onun gözünə qatmalıyıq.

Ruan Renatonun erkən qırmızı vərəqəsi 3 xalı «Sabah»a tərəf sürüşdürdü. Hə də, «Qəbələ»nin müdafiə xəttinin eyiblərini braziliyalı örtürmüş.

Murad və Ürfan Renatonun yarısı da deyil.

«Sabah»ın gücü yarımmüdafiə və hücum zonasındadır. Coy-Lens Mikels olmasın, bir başqası olsun, orta sahə saat kimi çalışdığı müddətdə ön xətt adamları qol yollarında problem yaşamayacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti