"Sabah"da üzlər gülür, "Qəbələ"da narahatlıq davam edir

31 Yanvar 2023 21:00 Sabah 858
"Sabah"da üzlər gülür, "Qəbələ"da narahatlıq davam edir

Azərbaycan Premyer Liqasının 20-ci turunun maraqla gözlənilən qarşılaşmalarından biri Qəbələdə keçiriləcək.

"Qəbələ” sabah mövsümün iddialı komandalarından olan “Sabah”ı qəbul edəcək.

Meydan sahibləri oyuna ciddi itkilərlə çıxacaq. Braziliyalı Felipe Santos sarı kart limitin doldurduğu üçün vacib qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Ötən tur “Kəpəz”lə oyunda ciddi xəsarət alaraq meydanı erkən tərk edən onun həmyerlisi Ramon Maçado isə hələ də tam sağalmayıb.

O, fərdi məşqlərlə kifayətlənir. Amma Masazır təmsilçisi ilə görüşdə oynamaq ehtimalı var.

Qonaqların düşərgəsində isə üzlər gülür. Ötən tur “Neftçi” üzərində inamlı qələbə (2:0) qazanan Murad Musayevin yetirmələri tam tərkibdə səfər matçına hazırlaşır.

Antalya toplanışında zədələnən və bu səbəbdən ilin ilk görüşünü buraxmalı olan Abdulaye Ba da tam sağalıb.

Nigeriyalı arxa xətt oyunçusu bir neçə gündür komanda ilə hazırlığa qoşulub.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” oyunu fevralın 1-i, saat 15:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı