"Bir az kədərliyem" - "Sabah"ın hücumçusu Ronaldoya görə…

28 Yanvar 2023 13:20 Sabah 889
"Bir az kədərliyem" - "Sabah"ın hücumçusu Ronaldoya görə…

"Sabah"ın legioneri Coy-Lens Mikels Premyer Liqanın 19-cu turunun "Neftçi" ilə matçı (2:0) haqda İctimai TV-yə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, matçda ilk qolu vuran almaniyalı hücumçu yaxşı oyun keçirdiklərini deyib:

"Qış fasiləsindən sonra çox yaxşı oyun keçirdik. Qələbə qazandığımıza görə çox şadıq.

Bombardirlik yarışında Kaşukla rəqabət aparmıram. Komandamızda ikinci çox qol vuran oyunçunun olması mənim üçün sevindirici haldır".

Qol sevincini Kriştiano Ronaldo kimi qeyd edək Mikels portuqaliyalı ulduzun "Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubuna transferini də dəyərləndirib:

"Kriştiano Ronaldonun "Əl Nəssr"ə keçdiyinə görə bir az kədərliyem. Çünki, o Messi ilə birlikdə futbol əfsanələrindən biridir.

Amma bir tərəfdən də sevinirəm ki, Ronaldo karyerasını davam etdirəcək".

Digər Xəbərlər
Xəbər Lenti