“Neftçi“nin əhvalını korlayan almaniyalı “Sabah”ın tarixinə necə düşdü?

27 Yanvar 2023 13:40 Sabah 790
“Neftçi“nin əhvalını korlayan almaniyalı “Sabah”ın tarixinə necə düşdü?

Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

Sportinfo.az xəbər verir ki, almaniyalı hücumçu Masazır klubunun Premyer Liqada 150-ci qoluna imza atıb.

Bu, “Neftçi” ilə Premyer Liqanın XIX tur matçına təsadüf edib. “Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Mikels penaltidən hesabı açıb.

Yüksək liqada 2018/19 mövsümündə debüt edən “Sabah” “150”yə 123-cü oyununda çatıb. Komandanın hesabında ümumilikdə 151 top var.

Masazır təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqləniblər.

Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti