"Belə yanaşma ilə istənilən matçda qalib gələ bilərik" - Murad Musayev

26 Yanvar 2023 22:10 Sabah 521
"Belə yanaşma ilə istənilən matçda qalib gələ bilərik" - Murad Musayev

"Qələbəyə görə şadıq. Ancaq daha çox oyunun məzmununa görə sevinirəm. Futbolçularım start fitindən sona qədər oyun intizamını qoruyub-saxladılar. 90 dəqiqə aqressiv, cəsur futbol sərgilədik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 19-cu turunun "Neftçi" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Standart cavab verməyəcəyinizi düşünərək, bu sualı verirəm. Komandanızı mövsümün sonunda çempion kimi görürsünüz?

- Artıq bunu tərcüməsiz başa düşürəm (gülür). Sizin suallarınızdan heç vaxt yayınmıram, hər zaman doğrusunu deyirəm. Biz ilk növbədə, özümüzlə mübarizə aparırıq. Bütün oyunlara bu cür motivasiya, yanaşma ilə çıxsaq, istənilən matçda qalib gələ bilərik. İlin sonuna yaxın bir az intizamı itirdik, qırmızı vərəqələr oldu, xal itkiləri baş verdi. Amma biz hər oyunu qalib başa vurmaq üçün çalışırıq.

- Niyə transfer etmədiniz? Ehtiyac yox idi?

- Bir transfer etmək istəyirdik. İndi də mümkündür. Amma həmin futbolçu əlimizdəkilərdən güclü olmalıdır, ya da perspektiv vəd etməlidir. Vaxtımız var, bəlkə həyata keçirdik. Bu komandadakı futbolçular tələblərimizi bilir, oyunçular bir-birini başa düşür. Ona görə də, qış transferinə hardasa ehtiyac duyulmur.

- Hansı mövqeyə düşünürsüz?

- Deyə bilmərəm. Çünki hazırkı heyətdəki oyunçumuza qarşı hörmətsizlik olar. O, yaxşı olmadığını düşünə bilər.

- "Qarabağ" və "Neftçi"yə qarşı bu cür performans göstərəcəyinizi ehtimal edirdiz?

- Düzünü deyim, ümid edirdim ki, yaxşı futbol göstərəcəyik. Məni daha çox keyfiyyət narahat edirdi. Başa düşürdüm ki, keyfiyyət, pressinq, sürətli keçidlər üzərində işləyərək inkişaf edə bilərik. Əsas məqsəd daha çox işləmək idi. Amma öncədən düşünmürdüm ki, biz "Neftçi"ni üç dəfə udacağıq, ya yox. Təbii ki, həmişə maksimum nəticə istəyirsən.

- Antalya toplanışından razı qaldınız?

- Vaxtımız az idi deyə, toplanış da uzun çəkmədi. Amma yaxşı işlədik, intizam yüksək səviyyədə idi. "Neftçi" ilə oyundan öncə ağır oldu. Çünki toplanışa vaxtımız çox olmamışdı. Sakit olmaq lazımdır, çünki hələ ilin birinci oyununu keçirmişik.

- Hesab xeyrinizə olduqdan sonra bir neçə qol epizodunu boşa verirsiz. Bununla razısız?

- Razıyam. Sadəcə oyunda ritm yüksək idi. Futbolçulara tapşırıq verməmişdik ki, 2:0 hesabını qoruyub-saxlasınlar. Biz dayanmaq istəmirdik. Burada psixoloji məsələ də var. Əgər alınırsa, hesab xeyrinədirsə, oyun gedirsə, 90 dəqiqə dayanmaq lazım olmaz. İkinci hissədə oyun bizim diqtəmizdə keçdi. Doğrudur, rəqibin qol epizodu var idi. Amma bizim qol epizodumuz daha çox oldu.

- Aleksey Kaşuku saxlamaq üçün nə edəcəksiz?

- Bu haqda fikirləşmirəm. Ümid edirəm ki, onu saxlaya biləcəyik. Bu, maliyyə ilə bağlı olan məsələdir. O, burada rahatdır, peşəkar karyerasının ən yaxşı hissəsini keçirir. Bizim stilimiz də ona uyğundur. Bilirəm ki, rəhbərlik bu istiqamətdə çalışır. Hələlik heç nə yoxdur.

- Bəs "Qarabağ" Kaşuku transfer etmək istəsə?

- Mən istəyərdim ki, Kaşuk "Sabah"da qalsın

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"