Braziliyalı "Neftçi"dən danışdı: "Hazıram və gözləyirəm"

26 Yanvar 2023 17:00 Sabah 979
Braziliyalı "Neftçi"dən danışdı: "Hazıram və gözləyirəm"

“Bəli, artıq yeni ilə start veririk. Mövsümün ikinci yarısına hazıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın braziliyalı legioneri Kristian Da Silva deyib.

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. “Sabah" Masazırda "Neftçi" ilə qarşılaşacaq.

Meydan sahibləri 43 xalla ikinci, "ağ-qaralar" 38 xalla üçüncü sıradadır. Tərəflər bu vaxtadək ölkə çempionatlarında 17 dəfə görüşüblər.

Bunların 12-də "Neftçi", 3-də "Sabah" meydanı 3 xalla tərk edibr. Topların nisbətində qonaqlar aşkar üstündür - 31:13.

Yarımmüdafiəçi oyunla bağlı bunları söyləyib:

“Ümid edirəm ki, çempionatın ikinci yarısında öz oyunumla komandama töhfə verə biləcəm. komanda olaraq əla mövsüm keçiririk və istərdim ki, mənim də bunda payım olsun.

Açığı, mən çox ümidliyəm. hər an şans gözləyirəm. “Neftçi” ilə qarşılaşmada qələbə qazanacağımıza inanıram.

Bu mövsüm onlara artıq iki dəfə qalib gəlmişik. Üçüncü qələbə niyə olmasın?”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti