Murad Musayev "Sabah"ı Rusiyanın bu klubu ilə müqayisə etdi

23 Yanvar 2023 12:40 Sabah 1 422
Murad Musayev "Sabah"ı Rusiyanın bu klubu ilə müqayisə etdi

"İndi hamı bizə qarşı 5-6 müdafiəçi ilə çox yaxın oynamağa çalışır.

Bu, sanki Rusiyada "Ufa" ilə oyunları xatırladır".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.

Rusiya mətbuatına danışan mütəxəssisin sözlərinə görə, "Sabah"a yeni gələndə çempionatda daha açıq matçlar olurdu.

O, Azərbaycanda qazandığı təcrübədən məmnun olduğunu vurğulayıb:

"Güclü komandaların və məşqçilərin toplaşdığı maraqlı çempionatdır. Hamı "Qarabağ"ı yaxşı tanıyır.

Artıq 8 ildir avrokubokların qrup mərhələsində çıxış edirlər və ardıcıl ikinci dəfə pley-offa vəsiqə qazanıblar.

Başqa maraqlı klublar da var. Bu təcrübəni yaşadığım, çağırışı qəbul etdiyim üçün şadam".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!