"Neymar "Sabah"a keçməyə daha yaxındır, nəinki o"

20 Yanvar 2023 14:20 Sabah 1 406
"Neymar "Sabah"a keçməyə daha yaxındır, nəinki o"

"Sabah"ın baş məşqçisi Murad Musayev maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, rusiyalı çalışdırıcı gündəmdə olan ispaniyalı vinger Xese Rodriges və "Ximki"də çıxış edən Ayaz Quliyevin mümkün transferi haqda danışıb:

"Reallıq odur ki, Neymar bizə keçməyə daha yaxındır, nəinki Xese. Ayazla danışıqlarımız hələ olmayıb.

Mətbuatdan bilirəm ki, onun klubu ilə problemi olub. Amma biz danışmamışıq.

Transferlərin olmaması məni ciddi narahat etmir. Keçidlər hələ mümkündür. Çünki transfer pəncərəsi hələ açıqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti