"Sabah" dönüş etdi, “Voyvodina”ya 4 qolla qalib gəldi

18 Yanvar 2023 20:20 Sabah 759
"Sabah" dönüş etdi, “Voyvodina”ya 4 qolla qalib gəldi

"Sabah" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Serbiya "Voyvodina"sı ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:2.

Hesabı 3-cü dəqiqədə "Sabah"dan Davit Volkov açıb. 6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib.

22-ci dəqiqədə Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev "Voyvodina"nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.

"Sabah" Antalyadakı ilk sınaq matçında Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"