"Sabah" avrokuboklara vəsiqə qazansa… Musayevin "əl işi"

4 May 2022 14:00 Sabah 968
"Sabah" avrokuboklara vəsiqə qazansa… Musayevin "əl işi"

«Sabah» avrokuboklar uğrunda daha bir önəmli addım atdı.

«Qarabağ»dan aldıqları 1 xal onlar üçün mühüm avantajdır.

Son 3 turda bunun faydasını görəcəklər. Yüksəlişdədirlər. Oyun və ab-hava olaraq.

Uğurlu oyunlar bir-birini əvəzlədikcə, daha baxımlı və rəngarəng futbol sərgiləyirlər.

Bunda Murad Musayevin fəlsəfəsini diqqətə almalıyıq. 38 yaşlı baş məşqçi öz məfkurəsini bir xətdə görür – ondan yayınmaq yolverilməzdir.

Məsələn, dünən «Qarabağ»la üz-üzə gəldilər, məlum oldu ki, Murad Musayev üçün rəqibin adı və kimliyi əhəmiyyət daşımır.

Birinci dəqiqədən axırıncı dəqiqəyə kimi açıq futbola üstünlük verdilər. Müdafiədə «yatmaq», cərimə meydançasının qənşərində «avtobus parkı» salmaq, arxadan kortəbii çıxmaq – heç birini etmədilər.

Qısa və uzun ötürmələrdən yerində istifadə elədilər. Basqılı tərz uyğuladılar. Xüsusən «Qarabağ»ın meydanda azlıqda qalmasından sonra.

Öncə hesabı bərabərləşdirdilər, ardınca önə çıxmaq üçün bir neçə gözəl fürsət yaratdılar.

Topu bir cinahdan digərinə keçirmək, texnikalı oyunla özünü «Qarabağ»a oxşatmaq Musayevin «əl işi»dir.

Düzdür, «Sabah» hələ avrokuboklara vəsiqəni təmin etməyib, ancaq mən bir kəlmə deyə bilərəm: bu komandanı Konfranas Liqasında izləmək, doğrudan da, maraqlı olacaq.

Vitrinə çıxarılacaq futbol oynayırlar. Düşünürəm ki, məyus etməyəcəklər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı