"Qarabağ"a qarşı kifayət qədər mübarizə apara bilməzdim"

4 May 2022 02:00 Sabah 798
"Qarabağ"a qarşı kifayət qədər mübarizə apara bilməzdim"

Premyer Liqanın 25-ci turunun “Qarabağ” – “Sabah” matçından sonra qonaq komandanın baş məşqçisi Murad Musayev mətbuat konfransında danışıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis görüşlə bağlı fikirlərini bildirib:

​“Qarabağ”ı layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm açıq-aşkar ən güclü komanda idilər. Bundan əlavə avrokuboklarda parlaq şəkildə çıxış etdilər. Çox yaxşı iş görüblər, yenidən onları təbrik edirəm. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər “Qarabağ” bizdən güclü və aqressiv oynayırdı. Demək olar ki, bizim üçün çətinliklər yaratdı. Amma futbol ona görə gözəldi ki, bir hərəkət oyunun gedişatını dəyişə bilər. Oyun azarkeşlərin xoşuna gəldi. Emosiyalar çox idi. Hər iki komanda da nəticədən məmmun qaldı.

- Razısınız ki, komandanızın son qərarlarında gecikmələr var?

- Təkcə, son ötürmələrdə deyil, ilk yarıda kifayət qədər cəld oynamırdıq. Rəqib düzgün pressinq edib, topları alırdı. “Qarabağ”la daha cəld oynamalısan.

- “Qarabağ”dan Çempionlar Liqasında hansı nəticəni gözləyirsiniz?

- İndi nəsə demək çətindi. Mərhələlər keçmək lazımdı, birbaşa qrup mərhələsinə düşməyəcəklər. Gördük ki, onlar qrupa düşməyə qadirdilər. Ev oyunlarında stadion dolu olanda, “Qarabağ” hər bir rəqibi uda bilər.

- Bir xalı avrokuboklar uğrunda mübarizədə qələbəyə layiq hesab edirsiz?

- “Qarabağ” bizdən 50-60 dəqiqə daha yaxşı oynadı. Sonda bir qol vurduq. Deməzdim ki, nəticə ədalətsizdir. Hətta 10 nəfərlə də qapımız qarşısında standart vəziyyətlərdə “Qarabağ”a qarşı çətinlik çəkdik. “Qarabağ”a bir xal bəs idi. Bizim üçün də bir xal avrokuboklar uğrunda mübarizədə çox önəmlidi.

- Mövsümün əvvəlində autsayder idiniz. Siz daha əvvəl gəlsəydiniz, komanda çempionluq mübarizəsində olardı?

- Nəsə demək çətindi. Amma bu “Qarabağ”la mübarizə aparmaq çox çətindi. Üçlük uğrunda mübarizə aparardıq. Dəqiq deyirəm. Realist olmaq lazımdı, fikrimcə, onlara qarşı kifayət qədər mübarizə apara bilməzdim. Amma gələcəkdə bunu etməyə çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti