Azərbaycanda klubu cərimələdilər - Vaxtında iclasa gəlmədilər

30 Aprel 2022 03:40 Sabah 977
Azərbaycanda klubu cərimələdilər - Vaxtında iclasa gəlmədilər

Azərbaycan Premyer Liqasında XXIV turun “Sabah” – “Şamaxı” oyunundan öncə dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar AFFA İntizam Komitəsi meydan sahibi "Sabah"ı 400 manat cərimələyib.

“Qəbələ” – “Qarabağ” oyununa isə dövlət yanğından mühafizə xidmətinin maşını təyin olunan vaxtdan gec gəlib. Bu səbəbdən, "Qəbələ"yə xəbərdarlıq edilib.

"Sabah" "Şamaxı"ya 5:1, "Qarabağ" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti