“Sabah”ın futbolçularının indi Dubayda nə işi var? - FOTO

29 Aprel 2022 17:40 Sabah 1 290
“Sabah”ın futbolçularının indi Dubayda nə işi var? - FOTO

“Sabah”ın ispaniyalı yarımmüdafiəçisi Xuan Kamaranın xanımı “instaqram” hesabında Dubaydan şəkil paylaşıb.

İşin maraqlı tərəfi Yoli Yestenin etdiyi paylaşım yox, kadrda Kamaranın, eləcə də “Sabah”ın başqa bir legioneri – paroaqvaylı hücumçu Xulio Sezar Rodrigeslə xanımının olmasıdır.

Şəkil köhnə deyil, yeni çəkilişdir. Çünki Yoli Yestenin digər paylaşımlarından da Birləşmiş Ərəb Əmirliklərində olduğu görünür.

Çempionatın gərgin vaxtında “Sabah”ın əcnəbilərinin Dubayda görüntülənməsi maraq doğurmaya bilməz.

Çempionatda uzun müddətli fasilə yaranmayıbsa, Xuanla Xulio Dubayda nə gəzir? Olmaya bilmədiyimiz nəsə var?

Suala aydınlıq gətirmək üçün “tələbələr”in mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. Klub sözçüsü faktı təsdiq edərək futbolçuların səyahətinə şərh verdi:

“Şamaxı” ilə oyundan sonra komandaya istirahət verilmişdi. Sözügedən futbolçular ölkə xaricinə bu istirahət müddətində yollanıblar.

Təbii ki, daha öncə bu barədə klub rəhbərliyi və baş məşqçi məlumatlandırılıb. Hazırda bütün futbolçular əvvəlcədən təyin olunan vaxta uyğun olaraq klubun düşərgəsindədir”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!