Almaniyalı hücumçunun “Sabah”ın uşaqları ilə əyləncəli VİDEOsu

29 Aprel 2022 13:40 Sabah 933
Almaniyalı hücumçunun “Sabah”ın uşaqları ilə əyləncəli VİDEOsu

“Sabah”ın əsas komandasının vingeri, cari mövsümdə ən məhsuldar futbolçusu Coy-Lens Mikels klub akademiyasının U-12 komandası ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, komandanın məşqinə gələrək sürpriz edən almaniyalı hücumçu görüş zamanı azyaşlı futbolçuların suallarını cavablandırıb.

Sonda U-12 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Mikels öz imzalı formasını hədiyyə edib.

Digər Xəbərlər
Xəbər Lenti