"Sabah"ın uğurunda bir parça olan GÖZƏL ƏNƏNƏ - FOTOLAR

25 Aprel 2022 16:40 Sabah 568
"Sabah"ın uğurunda bir parça olan GÖZƏL ƏNƏNƏ - FOTOLAR

Son turlar qələbələri sıralayan "Sabah", nəhayət, avrokuboklara getmək üçün lazım olan ilk dördlükdə özünə yer edə bildi.

Komandanın uğurlu nəticələri kompleks işin nəticəsidir.

Burada təkcə baş məşqçi yox, futbolçular və rəsmilirən də əməyi var.

Ancaq ən azı onlar qədər əməyi olan digər dəstə isə fanatlardı. Bəli, Masazır təmsilçisinin tərəfdarları yaxşı mənada hamını təəccübləndirməyə davam edirlər.

Əsas tələblərdən ibarət olan və daha çox bu mövsüm formalaşan azarkeş qrupu hər qarşılaşmadan öncə futbolçular üçün xüsusi dəhliz yaradır, onları alqışlara, şuarlara və fakellərə qonaq edirlər.

Ab-havanı görən, yaşayan futbolçu mütləq ki, məsulliyyət hissini artırmış olur, daha diqqətli olmağa çalışır. Bir sözlə, rəqibə nisbətdə meydana 1:0 öndə başlayır da deyə bilərik.

Dediklərimizin əyani təsvirini elə son "Şamaxı" ilə matçdan (5:1) əvvəl çəkilən fotolara baxmaqla görmək mümkündür. Futbolçular necə də məmnun və xoşbəxtdilər...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"