Musayev üçün bir "5"

25 Aprel 2022 11:40 Sabah 784
Musayev üçün bir "5"

Nəticəyə aparan yol baxımlı oyundan keçir.

Bu mənada, Murad Musayev öz işinin öhdəstndən gəlir.

Mövsümün sonuna cəmi bir neçə həftə qalıb və avrokuboklara vəsiqə qazanmasalar belə, biz Musayevin «Sabah» üçün ən uyğun və uğurlu baş məşqçi olduğunu iddia edəcəyik.

Mövsümün əvvəlindəki «Sabah»la indiki arasında fərq o qədər böyükdür ki…

Rusiyalı çalışdırıcı komandasına futbol oynadır. Deyəcəksiz ki, «Sabah» elə futbol komandasıdır da, basketbol, yaxud voleybol oynamayacaqlar ki…

Bir az insafınız olsun, Jelko Sopiç, Visente Qomes və Ramin Quliyevin vaxtında göstərilən oyun «Sabah»ı uçuruma aparırdı, Murad Musayevlə ziyanın yarısından döndülər.

«Keşlə» ilə qarşılaşmanı böyük hesabla bitirdilər. «Sabah»ın Premyer Liqada hansısa rəqibinə 5 qol vurmasını xatırlamıram.

Bu, Musayevin hücum arsenalının potensialını üzə çıxarmasının sübutudur. Con Mikels məhz hazırkı baş məşqçinin dönəmində əla forma yığıb və demək olar ki, «ikinci nəfəs»i açılıb.

Belə bir neçə nəfərin adını çəkmək olar. Birincisi də Aleksey İsayev. «Sabah»ı onsuz təsəvvür eləmək olmur artıq.

Musayev komandanın İsayevin ətrafında birləşdirib və istədiklərini əldə edə bilir.

Bu birlik «Sabah»ı daha bir tarixi hadisəyə yaxınlaşdırıb. Ritmdən qopmasalar, avrokubok iştirakçıları sırasında yer alacaqlar. Buna da bir şey qalmayıb, cəmi 4 tur.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti