"Sabah"ın "alman maşını" işə düşdü - FOTOREPORTAJ

25 Aprel 2022 11:00 Sabah 587
"Sabah"ın "alman maşını" işə düşdü - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sabah" Masazırda "Şamaxı"nı qəbul edib.

"Bank Respublika Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 11-ci dəqiqədə paytaxt təmsilçisindən almaniyalı Coy-Lens Mikels açıb. 25-ci dəqiqədə Zurab Oçiqava fərqi artırıb. 4 dəqiqə sonra Mikels özünün 2-ci, komandasının 3-cü qolunu vurub.

50-ci dəqiqədə Felipe Santos fərqi azaltsa da, komandası 84-cü dəqiqədə Xulio Sezar Rodrigesin, 5 dəqiqə sonra isə Aleksey İsayevin fərqlənməsinə mane ola bilməyib.

Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Franko Flores birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbə ilə xallarını 35-ə çatdıran "Sabah" turnir cədvəlində "Qəbələ"ni qabaqlayaraq, 4-cü pilləyə yüksəlib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"