Musayev baş məşqçi dəyişikliyi haqda danışdı

25 Aprel 2022 02:30 Sabah 1 120
Musayev baş məşqçi dəyişikliyi haqda danışdı

“Çox yaxşı, məzmunlu oyun alındı”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XXIV turunda “Şamaxı” üzərində 5:1 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib:

“Çox yaxşı kombinasiyalarla gözəl qollar vurduq. Xüsusən də, standart vəziyyətlərdən sonra. Sadəcə ikinci hissəyə o cür başlamağımız xoşuma gəlmədi.

Amma ikinci hissənin yarısı bizim nəzarətimiz altında keçdi. Oyunu sakitləşdirdik və bizə lazım olan 2 qol vurduq”.

Musayev “Şamaxı”dakı baş məşqçi dəyişikliyinə də toxunub:

“Rəqibin necə oynayacağını bilmirdik. Çünki onlarda baş məşqçi dəyişikliyi olmuşdu. Yeni baş məşqçiləri əvəzedici heyətin çalışdırıcısıdır.

Müxtəlif sistemdən istifadə edir. Bu oyunda da iki fərqli sistemdən yararlandılar. Tez reaksiya verə bildiyimiz üçün məmnunam. Qələbə münasibətilə azarkeşlərimizi təbrik edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı