"İkinci hissənin əvvəli xoşuma gəlmədi" - Murad Musayev

24 Aprel 2022 21:10 Sabah 471
"İkinci hissənin əvvəli xoşuma gəlmədi" - Murad Musayev

"Çox yaxşı, məzmunlu oyun alındı. Yaxşı qollar vurduq. Sadəcə ikinci hissənin əvvəlindəki oyunumuz xoşuma gəlmədi. Amma ikinci hissənin yarısı nəzarətimiz altında keçdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 24-cü turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib: "Lazım olan iki qol da vurduq. Rəqibdə baş məşqçi dəyişikliyi olduğundan necə oynayacaqlarını bilmirdik. Yeni baş məşqçi əvəzedici heyətin baş məşqçisi idi və müxtəlif sistemlərdən istifadə edirdi. Bu oyunda da iki müxtəlif sxemdən istifadə etdilər. Çox məmnunam ki, komandam tez reaksiya verdi. Azarkeşlərimizi qələbə münasibətilə sevindirə bildiyimizə görə də şadam".

Digər Xəbərlər
Xəbər Lenti