"Sabah" rəhbərliyi nə vaxt AFFA-nın qapısını döyüb, deyəcək ki…

17 Aprel 2022 13:00 Sabah 1 334
"Sabah" rəhbərliyi nə vaxt AFFA-nın qapısını döyüb, deyəcək ki…

Premyer Liqanın son turlarında qələbələri sıralayan «Sabah» liderlər qrupuna yaxınlaşmışdı.

«Zirə» ilə «Qəbələ»nin ardıcıl xal itkiləri Murad Musayevi və xidmətindəkilərin iştahasını yerinə qaytarmışdı.

«Qəbələ»nin 1 gün əvvəl öz meydanında «Sumqayıt»ın müqavimətini qıra bilməməsi, 2 xal itirməsi «Sabah»ın «Nefiçi» ilə oyununun qiymətini ikiqat artırmışdı.

Qonaqlar hər şeyi nəzərə almışdılar, bircə Kamal Umudludan savayı.

Qonaqlar hər iki hissədə ev sahiblərindən üstün təsir bağışladı. Qışqırmaq Samir Abasova qalmışdı – «Neftçi»nin oyunçuları baş məşqçinin dediklərini icra edə bilmirdi.

«Sabah» meydanın hər qarışı uğrunda sərt mübarizə apardı, fasilədən sonra ümumiyyətlə, «Neftçi»ni meydanın onlara aid hissəsinə «zəbt etdi».

Musayev həmkarının bütün taktiki gedişlərini doğru analiz eləmiş, vaxtında müvafiq tapşırıqlarını vermişdi.

Sən saydığını say, gör, Kamal Umudlu nə sayır!

Birilərinin FİFA referisi etməyə çalışdığı Umudlu «Sabah»ın təmiz qolunu saymadı. Zurab Ociqava topu başla qapıdn keçirdiyi epizoddan 1-2 saniyə öncə guya Eddi İsrafilova qarşı kobudluq olubmuş.

Adi oyun epizodu idi: hər künc zərbəsi zamanı futbolçuların bir-birini itələməsi təbiidir. Eddinin yaxasından yapışıb yerə yıxmamışdılar,

Umudlu belə foul verirsə, mən ona məsləhət görərdim ki, qadın komandaların oyunlarını izləsin, hərdən də gedib orada hakimlik eləsin. Əsl yerini tapdım, deyəsən.

Özünü hakim adlandıran həmin bu Kamal «Sabah»ın iki təmiz penaltisinə də göz yumdu. O anda göydən yerə daş düşməli idi, heyif, düşmədi.

Murad Musayev öz işini görür. Amma dünən bir daha əyan oldu ki, bu, nəticə qazanmağa kifayət etmir.

Klubun himayədarları AFFA-nın qapısını döyməlidir. Hakimlər sarıdan narahatlığa son qoymaq, qərəzin səbəbini öyrənmək üçün.

AFFA və onun sifarişlərini fitlə yerinə yetirənlərin «Sabah»a qarşı antiptiya sərhəd/hüdud tanımır. Day bu qədər?

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti