”Sabah”ı incələdi: “Heç kim dəqiq proqnoz verə bilməz”

16 Aprel 2022 20:00 Sabah 591
”Sabah”ı incələdi: “Heç kim dəqiq proqnoz verə bilməz”

“Doğru danışmaq lazımdır, “Sabah” yaxşı formadadır, səviyyəli futbolçuları var“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Ötən yay karyerasını bitirən orta sahə oyunçusu Masazır təmsilçisinin avrokuboklara iddiası barədə danışıb.

Sitat: “Psixoloji baxımdan yüksəlişdədirlər. Əsas üstünlükləri odur ki, bu gün “4-lük”də olan komandalardan fərqli, onlar kubokda oynamayacaq.

Bu, çox böyük üstünlükdür. Amma indidən nəsə demək çətindir. Son 6 tur həlledici mərhələ olacaq. Maraqlı çempionat izləyirik.

Taktiki-texniki, fiziki, psixoloji cəhətdən hazır olan komanda yekunda istəyinə çatacaq.

Bu gün heç kim çempionatın son mənzərəsi ilə bağlı dəqiq proqnoz verə bilməz. Çünki komandaların gücü aşağı-yuxarı eynidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti