AFFA "Sabah"a xəbərdarlıq etdi - İnternetə görə

15 Aprel 2022 23:40 Sabah 2 578
AFFA "Sabah"a xəbərdarlıq etdi - İnternetə görə

AFFA İntizam Komitəsi "Sabah"a xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, buna paytaxt təmsilçisinin evdə "Zirə"yə qarşı keçirdiyi Premyer Liqanın XXII tur matçında hakimlər otağının internetlə təmin edilməməsi səbəb olub.

Bundan başqa, həmin qarşılaşmada meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

"Sabah" - "Zirə" matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti