"Sabah"ın yeni transferi Lukas Rangel Sportinfo.az-a açıqlama verib.
Braziliyalı hücumçu öncə Premyer Liqanın son turunda "Zirə" üzərində qazandıqları qələbədən (3:1) söz açıb:
"Maraqlı oyun alındı. Kim daha az səhv etsə, o da qalib gələcəkdi.
Allaha şükürlər olsun, biz matça çox yaxşı köklənmişdik və həftə ərzində məşqlərdə planlaşdırdığımız hər şeyi reallaşdıra bildik".
Rangel Ukraynada gedən müharibə səbəbindən ötən ay "Vorskla"nı "Sabah"a dəyişməli olub.
Artıq Masazır təmsilçisində 2 görüş keçirən 27 yaşlı forvard yeni komandası və ölkəmiz barəsində xoş təəssuratlara sahib olduğunu bildirib:
XANOĞLAN

