“Sabah”da hələ bunu edən olmamışdı - Birinci futbolçudur ki…

13 Aprel 2022 11:00 Sabah 665
“Sabah”da hələ bunu edən olmamışdı - Birinci futbolçudur ki…

Premyer Liqanın 22-ci turunda “Zirə“ ilə qarşılaşan (3:1) “Sabah”ın ikinci qolunun müəllifi Coy-Lens Mikels mövsümdə 9-cu dəfə fərqlənib.

Sportinfo.az xəbər verir ki, almaniyalı hücumçu klub tarixinə bir mövsümdə ən çox qol vuran futbolçu kimi düşüb.

Mikels 2018/19 mövsümündə 8 dəfə fərqlənən Marko Deviçi arxada qoyub.

Coy-Lens həm də klub tarixinin Premyer Liqadakı ən məhsuldar futbolçusu adına şərik çıxıb. O, 9 qol vuran Deviçə çatıb.

Serb əsilli ukraynalı 2018/19 mövsümündə 8, növbəti çempionatda 1 dəfə qola sevinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti