Azərbaycan Premyer Liqasının 22-ci turu “Sabah” üçün yubiley və rekordlarla əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, “Zirə” ilə ev oyununda 3:1 hesabı ilə qalib gələn komanda ölkə çempionatının yüksək dəstəsində öz meydanında 50-ci qola imza atıb.
Yubiley qolunu Lukas Rangel vurub. Paytaxt təmsilçisi daha iki topla bu rəqəmi 52-yə çatdırıb.

