"Avrokuboklara vəsiqə almaq üçün…" - İSPANİYALI

10 Aprel 2022 20:40 Sabah 770
"Avrokuboklara vəsiqə almaq üçün…" - İSPANİYALI

"Bizi “Zirə” ilə çətin oyun gözlədiyini bilirdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın ispaniyalı legioneri Xuan Kamara deyib.

Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən matçdan (3:1) danışan yarımmüdafiəçi layiqli qələbə qazandıqlarını bildirib:

"Qarşılaşmaya yüksək əhval-ruhiyyədə hazırlaşmışdıq. Gördüyünüz kimi, meydandan 3 xalla ayrılmaq üçün əlimizdən gələni etdik.

Bu, bizə asan başa gəlmədi. Rəqibimiz kifayət qədər güclü idi və meydanın hər qarışı uğrunda mübarizə aparırdı.

Son üç turda qalib gəlmişik və istəyirik ki, bu seriyanın davamı gəlsin. Avrokuboklara vəsiqə almaq üçün axırıncı tura kimi var qüvvəmizi ortaya qoyacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti