Risk adamı – Hər məşqçi Ağayevə əlcəyini soyundurmaz

10 Aprel 2022 18:00 Sabah 948
Risk adamı – Hər məşqçi Ağayevə əlcəyini soyundurmaz

Premyer Liqanın son 3 turunu «Sabah»ın aktivinə yaza bilərik.

Tamı-tamına 9 xal qazanıblar.

«Səbail», «Sumqayıt» və «Zirə» üzərində əldə olunan qələbələr Murad Musayevin ümid çırağını yandırıb. Hə, belə davam etsələr, avrokubok zonasına düşəcəklər.

«Qəbələ» bu gün Bayılda «Səbail»lə oyunu uduzsa və ya heç-heçə etsə, intriqa bir qədər də qızışacaq.

İndiki halda aradakı xal fərqi 2-dir və qarşıdakı 6 həftədə nəinki dördüncü, üçüncü pilləni ələ keçirmək nəzəri/praktiki cəhətdən realdır.

Murad Musayev bu uğurlu qrafiki təsadüfən yaxalamayıb. Rusiyalı baş məşqçi «Sabah»a öz oyununu oynadır və gördüyü işdən zövq alır.

Çünki futbolçularını özünə və özlərinə inandırıb, indi psixloji rahatlıq içindədirlər. «Qəbələ»yə baxanda bu mənada mühüm üstünlük əldə ediblər.

Ukraynadan gələn yeni legionerlər komandanı bir qədər də gücləndirib və kim rəqabətə tab gətirmirsə, Musayev gözünü qırpmadan onu ehtiyat skamyada əyləşdirir.

Baş məşqçinin Yusif İmanova güvənməsini də təqdir edirəm. Açığı, hər azərbaycanlı həmkarı sərəncamında Səlahət Ağayev olduğu halda, belə gənc qapıçıya əlcəkləri etibar etməz.

Musayev riskə gedir, özü də ürəklə gedir, inanaraq gedir. Və bu, onda alınır.

Dünənədək bu adda gənc istedadlı qapıçının varlığından bir Allah bəndəsinin xəbəri yox idi,

Musayev Yusifi həm futbola tanıtdı, həm də qazandırdı.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti