"Düşünürəm ki, bu, həlledici oldu" - Xuan Kamara

4 Aprel 2022 21:20 Sabah 699
"Düşünürəm ki, bu, həlledici oldu" - Xuan Kamara

"Komanda “Sumqayıt”la oyunda tam olaraq qələbəyə köklənmişdi.

İlk dəqiqələrdən 3 xal üçün çox böyük həvəslə mübarizə apardıq.

Birinci hissəni çox yaxşı keçirdik və bunun da nəticəsində iki qol vurduq".

Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt" üzərində qələbəni (3:0) şərh edən "Sabah"ın legioneri Xuan Kamara deyib.

İspaniyalı yarımmüdafiəçi ilk hissədiki hesaba rəğmən, matçı qırılma nöqtəsinin ikinci yarıda vurulan erkən qol olduğunu dilə gətirib:

"İkinci hissəyə də Coy-Lensin gözəl qoluyla başladıq. Düşünürəm ki, bu qol matçda həlledici oldu.

Bundan sonra daha bir neçə qol vura bilərdik. Lakin əsas odur, qalib gəldik. Buna görə çox şadam".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti