"Sabah”ın hücum xətti "Neftçi" və "Zirə"dən güclüdür, amma…"

4 Aprel 2022 14:00 Sabah 1 074
"Sabah”ın hücum xətti "Neftçi" və "Zirə"dən güclüdür, amma…"

«Bu komandanın hücum xətti «Neftçi» və «Zirə»dən güclüdür».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında millinin sabiq üzvlərindən Əfran İsmayılov deyib.

Karyerasını «Səbail»də davam etdirən 34 yaşlı yarımmüdafiəçi «Sabah»dan danışıb.

Sitat: «Premyer Liqanın ən yaxşı heyətinə malik iki-üç komandasından biridir. Orada deyiləm, amma mənə maraqlı gəlir ki, niyə «Sabah» hələ də avrokuboklara vəsiqə qazanmayıb.

Onlarda olan heyət çox güclüdür. Oyunları da xoşuma gəlir.

Hər dəfə sanki nələrsə baş verir və «Sabah» sonda avrokuboklardan kənarda qalır. Doğrudan da, çox qəribədir.

Bir az müdafiə xətti zəifdir, hücum və yarımmüdafiəsinə isə söz ola bilməz. Bu baxımdan, yalnız «Qarabağ»dan geri qalırlar».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti