Azərbaycanda çıxış edən legioner özünü Ronaldoya bənzətdi - FOTOREPORTAJ

3 Aprel 2022 02:50 Sabah 1 192
Azərbaycanda çıxış edən legioner özünü Ronaldoya bənzətdi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Sabah"ı qəbul edib.

Baş hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Martın 3-də "Qəbələ" "Keşlə"ni, "Neftçi" "Zirə"ni qəbul edəcək.

Hesabı 22-ci dəqiqədə Aleksey İsayev açıb. Bundan 3 dəqiqə sonra Xuan Kamara fərqi artırıb.

Oyunda son nöqtəni isə 50-ci dəqiqədə uzaq məsafədən baxımlı qolla Coy-Lens Mikels qoyub. Almaniyalı hücumçu fərqləndikdən sonra qol sevincini Portuqaliya yığmasının və "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo kimi qeyd edib.

Beləliklə, xalını 29-a çatdıran "Sabah" 5-ci pillədə yer alıb. "Sumqayıt" ardıcıl 12-ci matçında qələbəyə həsrət qalıb.

"Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə 2021-ci il oktyabrın 31-də "Səbail" üzərində qazanıb - 2:0. Hazırda bu komanda 14 xalla 7-ci yerdə gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti