"Daha da yaxşı ola bilərik" - Murad Musayev

2 Aprel 2022 20:25 Sabah 781
"Daha da yaxşı ola bilərik" - Murad Musayev

"Topa yaxşı nəzarət edirdik. İlk yarıda 2 qol vurduq. Bu, bizə müəyyən mənada inam verdi".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, tətbiq etdikləri pressinqlər yaxşı alınsa da, keçidlərdə keyfiyyəti daha da artırmaq lazımdır: "Rəqibə fürsətlər yaratmaq imkanı verməməyimiz yaxşı haldır. Amma daha da yaxşı ola bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM