“Sabah”ın azərbaycanlı futbolçusu Avropa klubunda!

2 Aprel 2022 21:00 Sabah 1 628
“Sabah”ın azərbaycanlı futbolçusu Avropa klubunda!

“Sabah”ın futbolçusu karyerasını Latviyada davam etdirəcək.

Şakir Seyidov “Dauqavpils”lə anlaşıb.

Klublar arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Futbolçunun özü də ölkə xaricində oynamaqda maraqlıdır.

21 yaşlı cinah oyunçusu Latviya klubunda icarə əsasında çıxış edəcək. Murad Musayevin gəlişindən sonra yaşıl meydan üzünə həsrət qalan Şakir, daim oynayacağı komandada yer almaq istəyir.

Seyidov hazırda viza problemini yoluna qoymağa çalışır. Məsələ həllini tapan kimi Avropaya yollanacaq. Uzağı aprelin 20-nə kimi “Dauqavpils”in düşərgəsində olmalıdır.

Maraq üçün qeyd edək ki, sözügedən klubda daha bir azərbaycanlı – Asim Əlizadə oynayır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti