AFFA-dan "Sabah" və "Neftçi" ilə bağlı "SİRLİ QƏRARLAR"

1 Aprel 2022 22:40 Sabah 1 612
AFFA-dan "Sabah" və "Neftçi" ilə bağlı "SİRLİ QƏRARLAR"

“Sabah” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab matçında hakimlərin verdiyi qərarlardan narazı qaldığını və bu barədə apellyasiya şikayəti verdiyini xəbər vermişdik.

Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun AFFA İntizam Komitəsinin qərarlarından verdiyi şikayətini təmin edib.

Belə ki, Aleksey İsayev barəsində verdiyi 2 oyun şərti olmaqla 4 oyun kənarlaşdırma cəzası 1 oyun şərti olmaqla 2 oyunluq kənarlaşdırma cəzası ilə, Klub barəsində verdiyi 3200 manat məbləğində cərimə cəzası 1600 manat məbləğində cərimə cəzası ilə; klubun futbolçusu Səlahət Ağayev barəsində verdiyi 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə, kluba verilən 4800 manat məbləğində cərimə cəzası isə 3200 manat məbləğində cərimə cəzası ilə; Klubun futbolçusu Zurab Oçiqava barəsində verdiyi 3 oyun şərti olmaqla 6 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə, Klub barəsində verdiyi 6400 manat məbləğində cərimə cəzası isə 3200 manat məbləğində cərimə cəzası ilə əvəz edilib.

Qərar 30 (otuz) gün ərzində tərəflərə göndərilsin.

Qaranlıq qalan odur ki, adətən cəzalarla bağlı xəbərlər AFFA-nın saytında manşeti bəzəyir və qısa müddətdə bütün saytlarda yayılır. Amma budəfəki qərarlar sanki ictimaiyyətdən gizlədilib. Görəsən, niyə?

“Sabah” “Neftçi” ilə ilk oyunda 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə “Neftçi” 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti