Həftəsonu Premyer Liqada 21-ci turun oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, «Sabah» aprelin 2-də «Sumqayıt»ın qonağı olacaq.
Masazır təmsilçisi bu matçın hazırlığını doğma məkanda davam etdirir.
Son məşqdə maraqlı hadisə yaşanıb. Komandanın paraqvaylı hücumçusu Xulio Sezar Rodriges ispaniyalı yarımmüdafiəçi Xuan Kamara ilə zarafatlaşıb.

