Daha bir paytaxt klubumuz köçə hazırlaşır? - RƏSMİ AÇIQLAMA

29 Mart 2022 20:40 Sabah 1 703
Daha bir paytaxt klubumuz köçə hazırlaşır? - RƏSMİ AÇIQLAMA

"Keşlə"nin nəhayət, gələn aydan Şamaxıya köçəcəyi gözlənilir.

Belədə komandanın Bakıda oyunlarını keçirdiyi "ASK ARENA"nın boşda qalacağı ehtimal olunurdu.

Amma dünəndən sosial şəbəkələrdə yeni iddia yayılıb. Belə ki, "Keşlə"nin Şamaxıya köç etməsindən sonra digər paytaxt təmsilçisi "Sabah"ın "ASK ARENA"ya köçəcəyi deyilir.

Əsl həqiqəti bilmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq.

Klub rəsmisi saytımıza açıqlamasında bunları dedi: "Hazırda komandamız “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Başqa stadiona köçməklə bağlı məsələ hələ ki, gündəmimizdə deyil. Gələcəkdə bu istiqamətdə yenilik olsa, ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, "Sabah" komandası hazırda ev oyunlarını Masazırda yerləşən "Bank Respublika Arena"da keçirir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti