“Sabah” nədən narazı olduğunu AFFA-ya elan etdi

15 Fevral 2022 09:40 Sabah 1 632
“Sabah” nədən narazı olduğunu AFFA-ya elan etdi

“Sabah” AFFA-ya rəsmi şəkildə müraciət edib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

Masazır təmsilçisi Azərbaycan kubokunun ¼ final mərhələsinin “Neftçi” ilə keçirilən cavab matçının hakimliyindən və oyun ərzində verilən digər qərarlardan narazıdır.

Məktub həm İntizam Komitəsinə, həm də Hakimlər Komitəsinə ünvanlanıb: “Son oyundakı hakim idarəçiliyi ilə bağlı Hakimlər Komitəsinə və İntizam Komitəsinə müraciət edilib.

Narazı qaldığımız məqamlar hər iki komitənin diqqətinə çatdırılıb. Burada əsasən, oyunçularımıza və baş məşqçimizə verilən vərəqələr qabardılıb“.

Sözügedən qarşılaşmanın 74-cü dəqiqəsində "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev referi Rəvan Həmzəzadə tərəfindən meydandan uzaqlaşdırılıb.

Baş hakim bu epizodun ardınca ev sahiblərinin qapıçısı Səlahət Ağayevə də qırmızı vərəqə göstərib. O, etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti