Filin Azərbaycanda qazandığı pul – Deyildiyi qədər deyil…

6 Fevral 2022 17:40 Sabah 1 427
Filin Azərbaycanda qazandığı pul – Deyildiyi qədər deyil…

“Sabah”la 1,5 illik müqavilə bağlayan Kristian da Silva Fil ilə bağlı yeni xəbər yayılıb.

Masazır klubunun braziliyalı yarımmüdafiəçiyə 300 min dollar ödəyəcəyi iddia olunur.

15 nömrəli formanı geyinəcək 33 yaşlı yeni legionerə əlavə bonusların vəd edildiyi də bildirilir. Bura komandanın avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ödəniləcək məbləğ də daxildir.

Sosial şəbəkələrdə yayılmış bu informasiyanı dəqiqləşdirməyə çalışdıq.

Məlum oldu ki, cənubi amerikalının bağladığı müqavilə şərtləri göstərilən rəqəmlərdən xeyli aşağıdır. Hardasa 150-170 min dollar.

Bonusa gəlincə, bəli, sənəddə öz əksini tapacaq. Ümumiyyətlə, yalnız onun deyil, digər futbolçuların kontraktında da mükafatdan bəhs edilir.

Kristian da Silva Fil karyerası ərzində ölkəsinin “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Onun son komandası Portuqaliya "Koimbra"sı olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti