Qardaşı öldürüldü, başı qarışdı, indi Azərbaycan klubuna gəlir

4 Fevral 2022 10:40 Sabah 4 782
Qardaşı öldürüldü, başı qarışdı, indi Azərbaycan klubuna gəlir

Braziliyalı yarımmüdafiəçi i Kristian da Silva Fil (”Akademika de Koimbra”) və belaruslu qapıçı Aleksandr Neçayevi (”Rux”) rənglərinə bağlayan ”Sabah” daha bir legionerin keçidini həll edib.

Murad Musayevin müqavilə bağlanmasına razılıq verdiyi əcnəbi Hiqor Qabrieldir.

O, “Fluminense”nin yetirməsidir. Rio de Janeyro klubunun U-20 komandasında 1 oyun keçirən 22 yaşlı müdafiəçi ötən ilin sentyabrında da "Sabah"a baxışa çağrılmış, lakin sənədlərində problem olduğu üçün geri qaytarılmışdı.

Daha doğrusu, həmin vaxt Ramin Quliyev baş məşqçi postundan ayrıldığından, cənubi amerikalı legioner barədə qərar vermək mümkün olmamışdı.

Cənubi amerikalı bu Antalya toplanışında da iştirak etdi, yoxlama görüşündə meydana çıxdı.

”Sambaçı” artıq Azərbaycanda olmalı idi. 1,5 illik müqaviləyə imza atmaq üçün. Gəlişinin yubanması qardaşının qətlə yetirilməsi ilə bağlıdır.

Rio de Janeyro şəhərində baş verən hadisə onun qardaşının öldürülməsi ilə nəticələnib.

Bu hadisəyə görə ailəsinin yanında olan Hiqor ən qısa zamanda Azərbaycana gələcəyi ilə bağlı ”Sabah” rəsmilərini məlumatlandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti