Bakı klubu Portuqaliyadan Fil(i) alıb gətirdi - FOTOLAR

4 Fevral 2022 00:30 Sabah 1 101
Bakı klubu Portuqaliyadan Fil(i) alıb gətirdi - FOTOLAR

“Sabah” heyətini yeni legionerlə gücləndirib.

Klubun rəsmi saytı Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyərək, Kristian da Silva Fil ilə anlaşdıqlarını açıqlayıb.

Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb. 33 yaşlı oyunçu yeni komandasında 15 nömrəli formada çıxış edəcək.

Kristian da Silva Fil karyerası ərzində ölkəsinin “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Onun son komandası Portuqaliya "Koimbra"sı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti