Tanınmış klublarda oynamış yeni transfer bu gün Azərbaycana gəlir

3 Fevral 2022 16:00 Sabah 2 273
Tanınmış klublarda oynamış yeni transfer bu gün Azərbaycana gəlir

Məlumat verdiyimiz kimi, “Sabah” ikinci transferini edib.

“Rux”dan (Belarus) qapıçı Aleksandr Neçayevlə müqavilə imzalayan Masazır klubu bu dəfə yarımmüdafiə xəttini gücləndirib.

“Tələbələr” Kristian da Silva Fillə anlaşıb. O, bu gün Azərbaycana gələcək və tibbi baxışdan keçəcək.

Səhhətində bir problem üzə çıxmasa, ilkin olaraq 6 aylıq müqavilləyə imza atacaq (müddət sonradan 1 il artırılmaq şərtiylə).

32 yaşlı braziliyalı “Tuna Luso”nun yetirməsidir. 2007-2011-ci illəri burada keçirən Fil sıra ilə “Time Neura”, “Qoyatuba”, “Evangélika” və “Kastanhal”ın formasını geyinib.

2013-2014-cü illərdə “Qremio Anápolis”ə məxsus olsa da, həmin müddəti icarə əsasında APOEL-də keçirib.

2014-cü ildə “CFR Kluj”la anlaşıb və maraqlıdır kı, Rumıniya klubu da onu icarəyə verib. bu dəfə Portuqaliyaya – “Nasional”a üz tutub.

2015-ci ildə bu ölkədə “Paku de Fereyra” ilə müqavilə imzalayan “sambaçı” təkrar “Nasional”ın ixtiyarına verilib.

2019-2020-ci illərdə “Feyrense”nin uğurları üçün tər töküb, daha sonra “Kasa Pia” ilə münasibətlərini rəsmiləşdirib.

Ötən ilin yayında “Akadémika de Koimbr”lə dil tapıb, gəl ki, geridə qalan 6 ayda 6 dəfə meydana çıxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti